Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

İNFONEWS-un məlumatına görə, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb. O, bundan əvvəl SHXÇDX-nin Katibliyinin rəisi olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Xatırladaq ki, dövlət başçısının 11 fevral 2019- cu ildə imzaladığı sərəncamla E.Tağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir