Bibiheybət Məscidində 3-cü Qədr gecəsi keçirilib

Bibiheybət Məscidində 3-cü Qədr gecəsi keçirilib .

“İNFONEWS” xəbər verir ki, aprel ayının 14-də – Üçüncü Qədr gecəsində Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayevin imaməti ilə Bibiheybət Məscidində 3-cü Qədr gecəsi keçirilib. 

Gecə ərzində zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara Qədr fəzilətləri, əməlləri haqqında ətraflı, geniş məlumat verilib. Qədr gecəsinin vacib əməlləri icra olunub, Quran oxunub, ibadətlər edilib, namazlar qılınıb, xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman qalib və müzəffər olması üçün dualar edilib. Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub. Qazilərimizin və şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması üçün dualar edilib.  

Gecə ərzində edilən ibadətlər zəvvarlar tərəfindən böyük istəklə icra edilib. 

Gecədə iştirak edən zəvvarlara İmsak vaxtı Məscid-Ziyarərgah rəhbərliyi tərəfindən İmsak süfrəsi təşkil edilib. 

Gecənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir