Hulusi Akar başsağlığı verib: “Azərbaycan türklərinin yanında olmağa davam edəcəyik”


Hulusi Akar başsağlığı verib: “Azərbaycan türklərinin yanında olmağa davam edəcəyik”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistanda şərti sərhədində baş verən və nəticədə 3 hərbçimizin şəhid olduğu hərbi toqquşma ilə bağlı azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənova başsağlığı məktubu göndərib.

İNFONEWS xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Dəyərli qardaşım” ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının kədərini ürəyində hiss etdiyini bildirib:

“Türkiyə və Azərbaycan iki dövlət, bir millət prinsipi ilə daim bir-birinin yanındadır. Bu günə qədər olduğu kimi, bundan sonra da can qardaşlarımız olan Azərbaycan türklərinin haqlı mübarizəsində bütün imkanlarımızla yanınızda olmağa davam edəcəyik. Şəhidlərimizə Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq”.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir