“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: SEVGİ DASTANI – Nihad İSKƏNDƏRLİ

“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: SEVGİ DASTANI – Nihad İSKƏNDƏRLİ

“İNFONEWS”gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.

SEVGİ DASTANI

Bu sevgi yoluna səninlə çıxdım,
Düşmüşdüm arxanca izinə sənin.
Demə, yolun sonu ayrılıq imiş.
Kaş ki, inanmazdım sözünə sənin.

Ey mənim qəlbimi yandıran qadın,
Görmədim sevginin ləzzətin, dadın,
Neynirəm mən axı cəhənnəm odun?
Mən onsuz yanmışam közünə sənin.

Bir çarə tapmadı dərdimə heç kim.
Bu elə dərddir ki, tapılmaz həkim.
Sürmə əvəzinə istə, mən çəkim
Bəxtimin qarasın gözünə sənin.

Sevgi dastanımı bilənlər dedi,
Halımı görüncə gülənlər dedi,
Bir sözlə, Nihadı görənlər dedi:
“Yazığın gəlmirmi özünə sənin?”
Yazığın gəlmirmi özünə sənin?

Nihat İSKƏNDƏRLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir