Bibiheybət Ziyarətgahında cümə xütbəsi oxunub 14.04.2023

Bibiheybət Ziyarətgahında cümə xütbəsi oxunub 14.04.2023 .

“İNFONEWS” xəbər verir ki, aprel ayının 14-də – Ramazan ayının sonuncu cüməsində Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev tərəfindən cümə xütbəsi oxunub.

Xütbə zamanı zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara İslam dininin gözəllikləri, Ramazan ayının fəzilətləri, əməlləri haqqında ətraflı məlumat verilib. Xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, yaxşı güzəranı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman müzəffər və qalib olması üçün, qazilərimizin, bütün şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması, müşkülü olanların hacətlərinə çatmaları üçün dualar edilib. Xütbə zamanı həmçinin Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub.

Xütbə zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Xütbənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir