Paşinyan 44 günlük müharibə ilə bağlı sorğulandığını etiraf edib

Paşinyan 44 günlük müharibə ilə bağlı sorğulandığını etiraf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanətlə bağlı cinayət işi çərçivəsində ifadə verib.

İNFONEWS “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bunu Ermənistan parlamentində hökumətin 2022-ci il proqramının icrasına dair hesabatın müzakirəsində bildirib.

“Bəli, mən əhatəli sorğulanmışam. Nə qədər lazımdırsa, o qədər də sorğulayacaqlar”, – o vurğulayıb.

Paşinyan müxalifəti 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak etməyə çağırıb: “Sizə müraciət edirəm: gəlin və məni komissiyada sorğulayın”.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir