Mayın 11-dən birinci siniflərə qəbul başlayır

Mayın 11-dən birinci siniflərə qəbul başlayır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

İNFONEWS xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Uşaqların qeydiyyatı mayın 11-i saat 11.00-dan başlayacaq. Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (15 may saat 11.00), tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat (15-31 may), həmçinin Bakı Avropa liseyi, respublika incəsənət gimnaziyası və bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat (15 may-27 iyun) mayın 15-i saat 11.00-dan başlayacaq.

Qəbul prosesi ilə bağlı digər mərhələlər barədə əlavə məlumat veriləcək.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir