Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.
İnfonews Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkan Türkiyə vaxtı ilə saat 15:44-də qeydə alınıb. Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.