Hacı Rahib Babayev Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib

Hacı Rahib Babayev Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib .

Ölkəmizdə Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub. 21 Aprel 2023-cü il – Şaban ayının 1-i Fitr bayramıdır. Aprelin 21 və 22-də Azərbaycanda Müqəddəs Ramazan bayramı hesab olunur.

“İNFONEWS” xəbər verir ki, Müqəddəs Ramazan bayramı münasibəti ilə Bibiheybət Məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Bismillahir – Rəhmanir – Rəhim.
Əziz müsəlmanlar, 11 ayın sultanı Mübarək Ramazan ayının sonu, qarşımıza Fitr bayramı gəlir. Bu bayram münasibəti ilə siz əzizlərimi səmimi qəlbdən təbrik edirəm. Uca Tanrıdan arzum budur ki, bu ayda etdiyimiz ibadət və itaətlərimizi, dualarımızı Allah qəbul etsin. Allah ölkəmizə güc versin.  Bir daha bayramımız mübarək olsun!”

https://www.facebook.com/100052308848971/posts/pfbid026EQvobCoMqqiP1EYT2H7vffwR26KH9k128NLfDFA5hrGB3TVf2yCMJxyd9UvGcrml/?d=w&mibextid=qC1gEa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir