Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək
“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak etməyə razılıq verib”.
İNFONEWS Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.
O həmçinin qeyd edib ki, Ukraynaya hərbi təyyarələrin tədarükü və mövcud qırıcıların yanacaq, ehtiyat hissələri, texniki xidmət və s. ilə təmin olunması vacib məsələdir.
Xatırladaq ki, NATO-ya üzv ölkələrin növbəti sammitinə iyulun 11-12-də Litvanın paytaxtı Vilnüs ev sahibliyi edəcək.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır