Bibiheybət Məscidində Fitr bayramı qeyd olunub

Bibiheybət Məscidində Fitr bayramı qeyd olunub .

“İNFONEWS” xəbər verir ki, aprel ayının 21-də – Şəvval ayının 1-i Bibiheybət Məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayevin imaməti ilə Bibiheybət Məscidində Ramazan bayramı – Fitr bayramı qeyd edilib.

Bayram xütbəsi oxunub, zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara günün vacib əməlləri haqqında ətraflı, geniş məlumat verilib. Bayramın əsas əməllərindən olan Bayram namazı qılınıb, Quran oxunub, ibadətlər edilib, xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman müzəffər olması üçün dualar edilib. Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub. Qazilərimizin və şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması üçün dualar edilib. 

Edilən ibadətlər zəvvarlar tərəfindən böyük maraqla icra edilib.

Zəvvarlara ehsanlar paylanılıb.

Bayram xütbəsinin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir