XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”

XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistandan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmağı tələb edib.

İNFONEWS xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.

“Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusuna məxsus hərbi yük maşını qəsdən döşənmiş minaya düşüb, mina partlayıb, 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”, – tvitdə qeyd olunub.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir