Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 2 minə yaxın şəxsə cinayət işi açılıb

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 2 minə yaxın şəxsə cinayət işi açılıb

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 1 786 min nəfərə cinayət işi açılıb.

İNFONEWS “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, 143 şəxs barədə 118 cinayət işi məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

Məlumata görə, 756 nəfər fərarilikdə ittiham olunur.

Onlar İkinci Qarabağ müharibəsi zamanı hərbi hissəni icazəsiz tərk etməkdə, fərarilik və xidmətdən yayınmada ittiham olunurlar.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir