Futbol üzrə İspaniya çempionatında “Levante” “Real”a qalib gəldi

İspaniya Futbol Çempionatının 21-ci turunun oyununda “Real” öz meydançasında “Levante”yə 1:2 hesabı ilə məğlub oldu.

INFONEWS TASS-a istinadən xəbər verir ki, qolları qaliblər arasında Xose Morales (32-ci dəqiqə) və Marti Roxer (78), digər tərəfdən isə Marko Asensio (13) vurublar.

Turnir cədvəlində iki oyun az oynayan lider “Atletiko”dan yeddi xal geridə qalan “Real” 40 xalla ikinci, “Levante” 26 xalla 9-cu yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir