BDU-nun 2 komandasının 2 layihəsi “TEKNOFEST-2023″ün qalibi olub

BDU-nun 2 komandasının 2 layihəsi “TEKNOFEST-2023″ün qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında təmsil olunan komandaları böyük uğur qazanıb.

Bu barədə İNFONEWS-a BDU-dan məlumat verilib.

Bildirilib ki, universitetin “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə III yerə layiq görülüb.

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir