“Məşədi Dadaş Məscidi”nə yeni imam təyin olundu

“Məşədi Dadaş Məscidi”nə yeni imam təyin olundu

Əli Şərbətov “Məşədi Dadaş Məscidi”nə imam təyin edilib.

“İNFONEWS” “Trend” – ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaqdır.

“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir