NATO: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”.
İNFONEWS xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb
O bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən 4 günlük görüşdən sonra davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoş olub: “Danışıqlar və dialoq yeganə yoldur”.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır