CƏNAB HEYDƏR ƏLİYEV! BÖYÜK ŞƏXSİYYƏT! – Rəvan Əliyev

CƏNAB HEYDƏR ƏLİYEV! BÖYÜK ŞƏXSİYYƏT! – Rəvan Əliyev

“İNFONEWS” tqdim edir:

CƏNAB HEYDƏR ƏLİYEV! BÖYÜK ŞƏXSİYYƏT!

Sən türklük simvolu, mərdlik izisən
Azadlıq mənbəyi, xalqın sözüsən.
Sən xalqın özəyi, xalqın özüsən!
Səndədir əzəmət, səndədir qüdrət!
Cənab Heydər Əliyev, Böyük Şəxsiyyət!

Sən ki qürur mənbəyi, zirvəli dağdın,
Bəlliydi tarixdə sən qalacaqdın.
Ən çətin anlarda xalqa dayaqdın.
Kaş sənintək edək Vətənə xidmət,
Cənab Heydər Əliyev, Böyük Şəxsiyyət!

Qazandıq azadlıq sənlə bərabər
Biz sənin davamçın, sən bizə Rəhbər.
Kim idi ümidgah, kim Ulu Öndər?
Məncə, seçimində haqlıdır millət
Cənab Heydər Əliyev, Böyük Şəxsiyyət!

Vətəndaş vətəndaş qanın içirdi,
Xalq Heydər sevirdi, Heydər deyirdi.
Tanrı bu məqamda səni yetirdi,
Səninlə dirçəldi, oyandı dövlət
Cənab Heydər Əliyev,Böyük Şəxsiyyət!

Qoy bu millət öyünsün, düşmən utansın.
Azadlıq çırağı daima yansın.
Vəsiyyət etmişdin Şuşa alınsın!
Səninlə bağlıdır bu şan, bu şöhrət,
Cənab Heydər Əliyev, Böyük Şəxsiyyət!

Müəllif: Rəvan ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir