Tatarıstanın rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Rusiyanın Tatarıstan Respublikasının Rəisi, “Rusiya–İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
İNFONEWS xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu!
İcazə verin, atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi Sizə çatdırım.
Tatarıstanlılar Azərbaycan xalqının dahi oğlu, adı doğma ölkəsinin tarixinə əbədi yazılmış, Tatarıstan-Azərbaycan əməkdaşlığının təşəkkülündə və inkişafında mühüm rol oynamış görkəmli siyasət və dövlət xadimini – çox hörmətli Heydər Əlirza oğlunu böyük minnətdarlıq və dərin hörmətlə xatırlayırlar.
Xalqlarımız arasında etimad və dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək üçün Sizin atanız, çox hörmətli Heydər Əlirza oğlu tərəfindən göstərilən səyləri davam etdirmək bu gözəl insanın nurlu xatirəsi qarşısında bizim ümumi borcumuzdur. Ümidvaram ki, biz Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın Rusiya-Azərbaycan münasibətləri kontekstində dinamik şəkildə inkişafı, adlı-sanlı sələflərimizin məhsuldar təşəbbüslərinin layiqli davamçısına çevrilməyə qadir olan yeni məzmunla zənginləşməsi üçün zəruri olan hər şeyi birgə həll edəcəyik.
Sizə möhkəm cansağlığı, firavanlıq, gözəl Azərbaycanın rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır