Dmitri Medvedev: “Üçüncü dünya müharibəsi başlaya bilər”

Dmitri Medvedev: “Üçüncü dünya müharibəsi başlaya bilər”

“Üçüncü dünya müharibəsi başlaya bilər”.

İNFONEWS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Rusiyaya qarşı tammiqyaslı hibrid müharibə gedir: “Rəqiblər üçüncü dünya müharibəsinə, qlobal fəlakətə yol açırlar. Rusiyanın səbri sonsuz deyil, istənilən kompromislərin həddi var”.

D.Medvedevin sözlərinə görə, Rusiya öz suverenliyini və ərazi bütövlüyünü, milyonlarla vətəndaşının təhlükəsizliyini qorumaq üçün xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, o, daha əvvəl Rusiyanın özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini söyləmişdi.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir