Velosiped oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb

Velosiped oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə məhkum olunmuş 1978-ci il təvəllüdlü İslam Babayev müəyyən olunaraq saxlanılıb.

“İNFONEWS” -un Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan beş velosiped oğurlaması müəyyən olunub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir