Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.

İNFONEWS “Bild”ə istinadən xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.

Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir