Ərdoğan: “Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”

Ərdoğan: “Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”

“Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”.

İNFONEWS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, yeni seçilən və yenidən seçilən millət vəkillərini təbrik edərək milli iradənin seçki qutusunda ən sağlam şəkildə əksini tapması üçün səmimi səylərlə çalışanlara minnətdarlığını bildirib: “Mayın 28-də də eyni səyi göstərərək demokratiyanı taclandıracağıq. Biz bu məsələni yekunlaşdırana qədər işimiz fasiləsiz, zərrə qədər də arxayınlıq olmadan davam edəcək”.

Türkiyə Prezidenti bəzi partiyadaşlarının öz vəzifələrini davam etdirəcəyini, digərləri ilə işləməyə davam edəcəyini vurğulayıb.

R.T.Ərdoğan mayın 28-dək “Cümhur İttifaqı” üzərində oynanılan oyunu pozacaqlarını vurğulayaraq deyib: “Yekun qələbəni elan edəcəyik”.

O, seçkilərdə 322 deputatla Türkiyə Böyük Millət Məclisində çoxluğu qazandıqlarını deyib.

Türkiyə lideri bildirib ki, bu seçkilərin ən əhəmiyyətli nəticələrindən biri müxalifət düşərgəsində yaşanacaq böyük dəyişiklik olacaq.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir