Sakit okeanda 7,4 bal gücündə zəlzələ baş verib
Sakit okeanın Yeni Kaledoniya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
“İNFONEWS” ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 kilometr cənub-şərqdə, 45 kilometr dərinlikdə qeydə alınıb.
Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.