MDU-da turizm mövzusunda seminar keçirilib

MDU-da turizm mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Azərbaycanda turizmin davamlı inkişafının təmin olunması və onun fəaliyyət istiqamətləri” mövzusunda seminar keçirilib.

“İNFONEWS” – universitetdən verilən məlumata görə, seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, turizm ixtisasları üzrə təhsil alan tələbə və magistrantları iştirak ediblər.
“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əməkdaşı, sənətşünüs Anar İbrahimov seminarda təqdimatla çıxış edərək Azərbaycanda davamlı turizmin inkişafından, yeni turizm istiqamətlərindən və işğaldan azad edilmiş ərazilərin turizm potensialından bəhs edib və iştirakçıların suallarını cavablandırıb.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir