65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır.

INFONEWS-un məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: “Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir