Vaqif Səmədoğlu yaşasaydı bu gün 84 yaşını qeyd edəcəkdi
Bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür
Quşlar bağça-bağa girməzdən qabaq,
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə,
Dumana elçilər heç göndərərmi?
Göy çəmənə yağış yağanda səhər,
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə,
Qara gözlərinə baxım deyərmi?
Qışı əridəndə hər yanda günəş,
Gəlim, ya gəlməyim soruşmaz bahar.
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar…
“İNFONEWS” xəbər verir ki, Vaqif Səmədoğlu yaşasaydı bu gün 84 yaşını qeyd edəcəkdi. Xalqımız şairini dərin ehtiram və böyük sevgi ilə anırıq.