Azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb.

İNFONEWS xəbər verir ki,ANAMA-dan verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir