Pikassonun bu əsəri hərracda 3,4 milyon avroya satıldı
Pablo Pikassonun “Qadın büstü” (Buste de femme) tablosu Kölndə keçirilən hərracda 3,4 milyon avroya satılıb.
“İNFONEWS” xarici KIV-ə istinadla xəbər verir ki, hərrac evinin nümayəndəsi Van Ham belə yüksək qiymətə satışın gözlənildiyindən artıq olduğunu söyləyib. Əsərin qiyməti 1,5-2,5 milyon avro arasında dəyişir. Pikasso bu əsəri 1971-ci ildə yaradıb.