Monqolustan Prezidenti Azərbaycan liderini ölkəsinə səfərə dəvət edib
Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İNFONEWS xəbər verir ki, təbrikdə deyilir:
“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Məmnunluqla bildirirəm ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız müxtəlif sahələrdə daha da güclənir. Həmçinin inanıram ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində də genişlənərək daha da möhkəmlənəcəkdir.
Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram”.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır