Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vyanada ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında çıxış edib.
İNFONEWS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Xatırladaq ki, Ceyhun Bayramov bu gün Avstriyaya işgüzar səfərə gedib.
Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada da iştirak edib.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır