İsveç PKK tərəfdarını Türkiyəyə ekstradisiya edir
İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.
İNFONEWS xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.
“Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, – nəşr yazıb.
Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.
“Aftonbladet” İsveç Ali Məhkəməsinin qərarının NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verildiyinə diqqət çəkib. Sammit iyulun 11-12-də keçiriləcək.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır