Bakı Gənclər Mərkəzi: “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” himni

“Gələcəyə Bizimlə Addımla” himni
Bakı Gənclər Mərkəzinin könüllülərinin və istedadlı üzvlərinin iştirakı ilə “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” adlı himni üçün video-klip hazırlanmışdır.

Mərkəzdən “İNFONEWS”a verilən məlumata görə klipin ərsəyə gətirilməsində məqsəd Bakı Gənclər Mərkəzinin daim gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılması üçün çalışdığını vurğulamaq və gəncləri bir Mərkəzdə toplamağa çağırışdır.

Parlaq Azərbaycan gəncliyinin uğurlarından, qazandığı qələbələrdən, daima zəfər ruhlu olmasından
bəhs edən himndə gəncləri birliyə, həmrəliyə səsləyən mesajlar yer almışdır. Himn müasir və milli
musiqinin vəhdətindən təşkil olunmuş, gələcəyə doğru məğrur şəkildə addımlayan Azərbaycan
gənclərini özündə təcəssüm etdirir.

“Gələcəyə Bizimlə Addımla!” klipi 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir