Rusiya XİN: “Üçtərəfli bəyanatlar Bakı ilə İrəvan arasında barışıq üçün alternativi olmayan “yol xəritəsi”dir”
“Rusiya üçtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında barışıq prosesi üçün alternativi olmayan “yol xəritəsi” hesab edir”.
İNFONEWS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Biz dəfələrlə bəyan etmişik ki, üçtərəfli formatda – Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik. Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyə məcbur etməyə çalışmırıq, plana əməl edirik”, – o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın yanaşmalarının yaxınlaşması Rusiya üçün həmişə prioritet olaraq qalır.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır