Bibiheybət Məscidində cümə xütbəsi oxunub 09.06.2023

Bibiheybət Məscidində cümə xütbəsi oxunub 09.06.2023 .

“İNFONEWS” xəbər verir ki, iyun ayının 9-da  Bibiheybət Məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev tərəfindən cümə xütbəsi oxunub. 

Xütbə “İman və İslam” mövzusunda olub.

Xütbə zamanı zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara İslam dininin gözəllikləri, imanın İslam dinindəki rolu və qaydaları barədə ətraflı məlumat verilib.

Xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, yaxşı güzəranı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman müzəffər və qalib olması üçün, qazilərimizin, bütün şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması, müşkülü olanların hacətlərinə çatmaları üçün dualar edilib. Xütbə zamanı həmçinin Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub.

Xütbə zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Xütbənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir