Konservi açan kimi dərhal yemək olmaz
“İNFONEWS” “Medicina.az”a istinadən xəbər verir ki, dadlı balıq konservi hər evdə ehtiyatda var, evdə, işdə yemək olmayanda dərhal açılıb yeyilir. Yaxşı istehsalçıdan olan keyfiyyətli balıq konservi nadir halda zəhərlənmə verər. Lakin mütəxəsislər bildirir ki, hətta ən yaxşı konservi belə açdıqdan dərhal sonra yemək olmaz.
İstənilən konservləşdirilmiş məhsul xüsusi istilik termiki işləmədən keçir, bu zaman məhsuldan furan adlı maddə buraxılır.
Bu uçucu maddə daha çox bağlı dəmir qapağın altında toplanır.
Konservi dərhal açıb, elə üstdən balığı, əti yedikdə, orda olan zərərli furan maddəsini də yemiş oluruq və orqanizmdə intoksikasiya yaradır.
Ona görə də konservi açıb, qapağı 10-15 dəqiqə açıq saxladıqdan sonra yemək lazımdır. Bu müddət ərzində furan uçub gedir.
Badımcan kürüsündə furan olmur.