Prezident Rəcəb Tayyib Ərdoğan “Şəhidlər xiyabanı”nı ziyarət edib

Prezident Rəcəb Tayyib Ərdoğan “Şəhidlər xiyabanı”nı ziyarət edib

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün “Şəhidlər xiyabanı”nı ziyarət edib.

“İNFONEWS” xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Türkiyə Prezidenti “Şəhidlər xiyabanı”nda Şəhid Türk Əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyub, “Şəhidlik kitabəsi”nin üstünə gül dəstələri düzüb.

Ali qonaq “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir