MDU İspaniyada beynəlxalq həftədə təmsil olunub

MDU İspaniyada beynəlxalq həftədə təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) İspaniyanın Valladolid Universitetində Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində təşkil olunan beynəlxalq həftədə təmsil olunub.

“İNFONEWS” – a MDU-dan verilən məlumata görə, beynəlxalq həftə çərçivəsində beynəlmiləlləşmə və Erasmus layihəsi ilə bağlı müxtəlif mövzularda seminarlar, dəyirmi masalar, görüşlər və təqdimatlar keçirilib, sosial, mədəni fəaliyyətlər və kampusa ekskursiya təşkil olunub.

Dünyanın 16 ölkəsini təmsil edən müxtəlif universitetlərin 30-dan çox akademik və inzibati heyət üzvünün qatıldığı beynəlxalq həftədə MDU-dan bu ali təhsil müəssisəsinin əməkdaşı Sənan Mehdi iştirak edib. Beynəlmiləlləşmə sahəsində təcrübə mübadiləsi, universitetlərin tanıdılması və şəbəkə qurmaq imkanlarının artırılması məqsədilə təşkil olunan tədbirlərin birində S.Mehdi MDU haqqında təqdimatla çıxış edib, bu ali təhsil müəssisəsinin koordinatoru və tərəfdaşı olduğu beynəlxalq layihələrlə bağlı ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Bundan əlavə, S.Mehdi həftə ərzində Valladolid Universitetinin Kommersiya fakültəsi, Təhsil və sosial iş fakültəsi, eləcə də Beynəlxalq əlaqələr ofisində olub və qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir