Gənclər paytaxtı Mingəçevirdə “Gənclərin Sosial Şəbəkə Akademiyası” keçirilib

Gənclər paytaxtı Mingəçevirdə “Gənclərin Sosial Şəbəkə Akademiyası” keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə 8-13 iyun tarixlərində Gənclər paytaxtı Mingəçevirdə respublikanın 18 regionundan olan 100 gəncin iştirakı ilə “Gənclərin Sosial Şəbəkə Akademiyası” keçirilib.

Bu barədə “İNFONEWS”-a “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyindən məlumat verilib.

Akademiyanın məqsədi gənclərin sosial şəbəkə və media sahələrində savadlılığın artırmaq, peşəkar təlimçilər tərəfindən onları maraqlandıran suallara cavab tapmaq və sosial media platformaları üzrə bilik və bacarığa yiyələndirməkdir.

Gənclər düşərgəsi çərçivəsində iştirakçıların Gənclər və idman naziri Fərid Qayıbov ilə görüşü, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüşü, “Kibertəhlükəsizlik”, “Şəxsi brendinq”, “Hesablarının idarə edilməsi”, “Sosial Media Marketinqi (SMM)”, “Kreativ düşüncə”, “LinkedIn” platforması, “Twitter” platforması, “TikTok” platforması, “Hədəf auditoriyasının düzgün seçilməsi” mövzusunda təlimlər, sosial şəbəkələrdə olan məşhur simalar ilə müzakirələr baş tutub.

Akademiyanın məqsədi gənclərin sosial şəbəkələr barədə məlumatlılığını artırmaq, təşəbbüslərini reallaşdırmasına və informasiya mübarizəsində fəal iştirakına şərait yaratmaqdır.

Bu Akademiya vasitəsilə gənclərin sosial mühitdə fərqlilik yaratması, təsir yaradan kampaniyalarla diqqət çəkilməsi üçün gəncliyin enerjisi və peşəkarların təcrübəsindən faydalanaraq davamlı fəaliyyətin qurulması planlaşdırıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir