UNEC-in Zaqatala filialından 168 tələbə məzun oldu

UNEC-in Zaqatala filialından 168 tələbə məzun oldu

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Məzun günü” keçirilib.

“İNFONEWS” – un UNEC-dən əldə etdiyi məlumatına görə, tədbirin açılışında Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zaqatala filialının direktoru professor Orucəli Rzayev çıxış edərək, filialda həyata keçirilən yeniliklər və gələcək planları barədə məlumat verib. Bu il filialdan 168 tələbənin məzun olduğunu deyən O.Rzayev onları bu əlamətdar gün münasibətilə təbrik edib. Məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətəninə, xalqına layiqli övlad olmağı tövsiyə edib.

Tədbirdə filialin direktor müavini dosent Həqiqət Qədimova, Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Razıyev və digərləri çıxış ediblər.

Sonra Zaqatala filialını yüksək nəticə ilə bitirən və universitetin sosial-ictimai həyatında fəal iştirak edən tələbələr fəxri fərmanlarla təltif olunublar.

Məzunlar çıxış edərək, tədris ili boyunca onlara dərs deyən, diqqət və qayğı ilə yanaşan müəllimlərinə, kollektivin hər bir üzvünə təşəkkürlərini bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir