NATO sammiti – Türkiyənin ABŞ-dan əsas tələbi bəlli olub

NATO sammiti – Türkiyənin ABŞ-dan əsas tələbi bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Baydenin görüşünün vaxtı açıqlanıb.

İNFONEWS “CNN Türk”ə istinadən xəbər verir ki, iki ölkə liderləri iyulun 11-də yerli vaxtla saat 18:00-da bir araya gələcəklər.

R.T.Ərdoğan və C.Baydenin görüşü NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən NATO-nun genişlənməsi və Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir