Milli Məclisin növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyasının iyulun 14-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
İNFONEWS-un məlumatına görə, toplantıda 19 məsələnin müzakirə olunacağı gözlənilir.
Həmin məsələlər aşağıdakılardır:
1. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə).
2. “Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi.
3. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
4. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).
5. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).
6. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
7. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
9. “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).
11. “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
12. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
13. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
14. “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
15. “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
16. “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
17. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun layihəsi (üçüncü oxunuş).
18. “Dövlət satınalmaları haqqında” qanunun layihəsi (üçüncü oxunuş).
19. Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır