İsveç Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək
İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.
İNFONEWS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alyansın Vilnüsdə keçirilən sammitinin yekunlarına görə bildirib.
“İsveç bizə üçtərəfli protokolda nəzərdə tutulduğu kimi bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək, bundan sonra biz protokolu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək”, – Ərdoğan bildirib.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır