“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
“İNFONEWS” “Qol.az” -a istinadən xəbər verir.
“Barselona”nın sabiq futbolçusu İbrahim Afellay karyerasını başa vurub.
Bu barədə 34 yaşlı yarımmüdafiəçi açıqlamasında bildirib:
İstədiklərimi ala bilmədim, amma vaxt çatdı. Bu anın gec-tez gələcəyini bilirdim.
Qeyd edək ki, niderlandlı futbolçunun son klubu bir il əvvəl oynadığı PSV olub. O, 2010-cu ildə PSV-dən “Barselona”ya transfer olunub.