ZƏFƏR GÜNÜN MÜBARƏKDİR ! – Nihat İSKƏNDƏRLİ

ZƏFƏR GÜNÜN MÜBARƏKDİR ! – Nihat İSKƏNDƏRLİ

“İNFONEWS” təqdim edir:

“Zəfər günün mübarəkdir!”

Salam Ana, salam Vətən!
Zəfər günün mübarəkdir!
Qoy eşitsin bunu düşmən,
Zəfər günün mübarəkdir!

Yenilməz dayağım mənim,
Güllər açan bağım mənim,
Üç rəngli bayrağım mənim,
Zəfər günün mübarəkdir!

Üstündəki hər bir naxış
Bizimsən sən qarış-qarış.
Sən də söylə, sən də danış,
Zəfər günün mübarəkdir!

Yoxdur dili, dilsiz deyir:
“Sənsən mənə əziz”- deyir.
Hönkür-hönkür “Təbriz” deyir:
Zəfər günün mübarəkdir!

Dayandı öndə bir qatar,
Şəhidlərin məktubu var.
İçində də qanla yazar:
Zəfər günün mübarəkdir!

Düşmənini ağlar qoyan,
Bir könüldə min can olan,
Tarix yazan Azərbaycan,
Zəfər günün mübarəkdir!

Müəllif: Nihat İskəndərli 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir