Laçının bir neçə kəndində elektrik şəbəkələri yenilənir.
Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir.
“İNFONEWS”-ün məlumatına görə tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi, Laçında da böyük ölçüdə işlər görülüb. Hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir. Ümumilikdə görülən digər işlərlə yanaşı, Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda, Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.
Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.