“Gənclər günü” münasibəti ilə video-konfrans təşkil edilib
“İNFONEWS” xəbər verir.
Bizim bugünki gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir.
Ümummilli lider Heydər Əliyevin bu sözləri Azərbaycan Gənclər Platformasının (AGP) təşkilatçılığı ilə keçirilən 2 fevral Gənclər gününə həsr edilən video-konfransda səsləndirilib.
Tədbiri AGP-nin sədri Fariz Vəliyev açaraq, Azərbaycan Gənclik Platformasının bugünədək gördüyü işlərdən danışaraq, iştirakçıları hesabat videosunu izləməyə dəvət edib. Sonda hər zaman AGP-nin fəaliyyətinə dəstək olan, davamlı əməkdaşlıq edən UNEC-in 24/7 Kitabxanasının müdiri, AGP Ekspertlər Şurasının üzvü Arzu Məmmədovaya, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə, Telman Qasımova təşəkkürünü bildirib.
Sonra tədbir Azərbaycan Gənclik Platformasının Ekspertlər Şurasının üzvü Lalə Şirinzadənin moderatorluğu ilə davam edib. Azərbaycan Dövlət İqtisad Universitetinin 24/7 Kitabxanasının müdiri, “İNFONEWS” informasiya agentliyinin redaktoru, AGP Ekspertlər şurasının üzvü Arzu Məmmədova, Azərbaycan Gənc Sahibkarlar Klubunun Koordinatoru Anar Sarıyev, “Akbarly Group”un direktoru, AGP-nin Fəxri üzvü Fidan Qarayeva öz çıxışları ilə tədbirə qatılıblar.
Arzu Məmmədova müasir Azərbayan gəncliyinin ölkəmizin sabahını yalnız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə bağlamasını bildirərək, gənclərimizin öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməsindən danışıb.
Sonda Fariz Vəliyev Azərbaycan Gənclik Platformasının gənclərin inkişaf etməsi və onlarda vətənpərvərliyi aşılamaq məqsədilə maarifləndirilməsi iqtiqamətində daha da effektiv, fəal çalışacaqlarını söylədi.