Cozef Bayden Si Cinpinlə görüşün məqsədini açıqlayıb

Cozef Bayden Si Cinpinlə görüşün məqsədini açıqlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə görüşdən sonra həmin ölkə ilə əlaqə qurmağı gözləyir.

İNFONEWS xəbər verir ki, Baydenin bəyanatını “Reuters” yayıb.

Bayden qeyd edib ki, Si Cinpinlə noyabrın 15-də baş tutacaq danışıqların məqsədi iki dövlət arasında normal əlaqəni, o cümlədən hərbi-hərbi əlaqələri bərpa etməkdir.

ABŞ Prezidenti əlavə edib ki, gərginlik dövründən sonra Çinlə münasibətləri yaxşılığa doğru dəyişməyə çalışır.

Qeyd edək ki, noyabrın 15-də Cozef Bayden San-Fransiskoda Çin lideri ilə görüşəcək. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir