İsrail ordusu Qəzza yaxınlığında HƏMAS-ın müdafiəsini yarıb

İsrail ordusu Qəzza yaxınlığında HƏMAS-ın müdafiəsini yarıb

İsrail ordusu HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yarıb.

İNFONEWS “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

“Mən orduya həm bu gün, həm də yaxın günlərdə tapşırıqları yerinə yetirmək üçün hücumu davam etdirmək əmrini verdim. Biz missiyamızı tamamlayana və girovları qaytarana qədər HƏMAS-ın gizlənəcək yeri olmayacaq”, – o deyib.

Nazirin sözlərinə görə, qoşunlar Qəzza zolağının şimalına, xüsusən də eyniadlı şəhərə – onların quru hissəsinə nəzarət edirlər.

Bu arada məlum olub ki, İsrail hərbçiləri Qırmızı dəniz hövzəsində raketin qarşısını almaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə ediblər, bundan əvvəl Eylatda hava hücumu sirenləri işə düşüb. Hərbçilər raketin İsrail ərazisinə çatmadığını qeyd etsələr də, onu kimin atdığını dəqiqləşdirilməyib.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir