“Karyerada özünüifadə bacarıqları” – LAYİHƏ DAVAM EDİR

“Karyerada özünüifadə bacarıqları” – LAYİHƏ DAVAM EDİR

Uşaq və Yeniyetmələrə Dəstək (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Karyerada özünüifadə bacarıqları” layihəsi davam edir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan İncəsənət Məktəbi və “Human Development Center”in təşkilatçılığı ilə həyata keçirilir.

Layihədə karyera həyatına hazırlaşan, həmçinin iş həyatına yeni başlayan gənclər, tələbələr və məzunlar iştirak edir.

“İNFONEWS” – un UYD İctimai Birliyindən əldə etdiyi məlumatına görə, layihə gənclərin qeyri-formal təhsil metodları ilə bilik, bacarıq və səriştələrinin artırılmasını təmin edir.

Layihə gəncləri karyera həyatına hazırlamaq, onların özlərini olduğu kimi ifadə etmək üçün bacarıq və səriştələrini artırmaq ideyasını daşıyır.

Təlim mövzuları gənclərin karyerada özünü ifadə etmək bacarıqlarının artırılmasından ibarətdir.

Təlimlərdə Sözügedən təlimlər Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Pərviz Əfəndizadə, Mikayıl Tağıyev, əməkdar artist Yaqut Paşazadə, şəxsi inkişaf mütəxəssisi Murad Məmmədov, layihə rəhbəri Fərhad Abdulov tərəfindən tədris edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir